bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Karlo Ancelotti: "Yaxşı axşam idi, amma bu, raundun yalnız ilk yarısıdır"

07.04.2022 13:32 Oxundu 450
 
"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Çelsi" üzərində qazanılan qələbəni (3:1) şərh edib.
"Yaxşı oynadıq. Oyuna yaxşı nəzarət etdik, topla yaxşı davrandıq, təhlükəli əks-hücumlar etdik. Yaxşı axşam oldu, amma bu, raundun yalnız birinci yarısıdır. Müdafiədə yaxşı çox gözəl anlaşma nümayiş etdirdik. Benzema heyrətamiz futbol göstərdi. İndi La Liqada növbəti oyuna hazırlaşmalıyıq, ondan sonra “Çelsi” ilə cavab matçı olacaq, Çempionlar Liqasının son qalibi olan bu komandaya böyük hörmətimiz var”, - “BBC Sport” Ançelottidən sitat gətirib