07.04.2022 13:41
484
"Çelsi"nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real"a məğlubiyyətdən (1:3) danışıb.
“Ağır məğlubiyyət oldu. Bu, doğma stadionumuzda keçirdiyimiz ən pis birinci hissələrdən biri idi. İlk yarı özümüz üçün müəyyən etdiyimiz standartlardan o qədər uzaq düşdük ki, məğlubiyyətdən şikayət edə bilmərik. Biz öz səviyyəmizə qayıtmalıyıq. Birinci hissə “Brentford”la oyunun ikinci hissəsinin təkrarı oldu (1:4). Şənbə günkü matça köklənməliyik, hələ Bernabeu səfərini düşünməmək lazımdır. Belə oynamağa davam etsək, Madriddə bizi “sökəcəklər", - Tuxel “BT Sport”a deyib.