bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Tibo Kurtua: "Bu hələ mərhələ keçmək deyil"

07.04.2022 14:16 Oxundu 475
 
"Real Madrid"in qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Çelsi"ni 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib ki, Londonla oynamaq həmişə çətin olub.
"Yaxşı qələbədir. Burada oynamaq həmişə çətindir. Biz həmişə gərgin oynayan "Çelsi"yə qarşı yaxşı başladıq. Fürsətlər yaratdıq, dirəyə vurduq, sonra iki qol vurduq, sonra iki şansı əldən verdik. Çox təəssüf ki,daha sonar qol buraxdıq. Mən topa çatsam da, onu dəf edə bilmədim. Ancaq ikinci hissəyə dərhal qolla başladıq.
Bu hələ mərhələ keçmək deyil. Cavab oyununda rəqib erkən qol vurmaqla intiriqanı qaytara bilər. Biz öz oyunumuzu oynamalıyıq. Ümid edirəm ki, azarkeşlər sanki hesab bərabər imiş kimi bizi dəstəkləyəcəklər və biz qalib gəlməliyik”, - UEFA-nın rəsmi saytı Tibo Kurtuadan sitat gətirir.