bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Aleksandr Səmədov: “Getməyim dil tapa bilmədiyim adamların qərarıdır”

07.04.2022 14:34 Oxundu 627
 
Rusiya millisinin Azərbaycan əsllli sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov “Lokomotiv”in gənclərdən ibarət futbol seleksiyaçısı postunu tərk etməsinin səbəblərindən danışıb.
- Deyirsiniz ki, cənab Tsorn ilə anlaşa bilmədim. Ola bilər ki, anlaşa bilmədiyim adamlardan biri  də o idi. Biz dostcasına ayrılmaq qərarına gəldik. Hamısı budur. Getməyəm, yəqin ki, dil tapa bilmədiyim müəyyən adamların qərarıdır. Ad çəkməsəm olarmı? Qoy onları müəyyən adamlar adlandıraq. Gənclərlə işləyirdim, əsas komandanın işləri mənim səlahiyyətim daxilində deyildi. Əsas komandanı götürsək, mənim fikrimcə, transfer olunan futbolçular “Lokomotiv”ə o qədər də lazım deyil. Bu mənim ciddi fikrimdir. Yaxşı transferlər də oldu, amma hamısı deyil, - “RB Sport” Səmədovdan sitat gətirir.