bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

140 futbolçu FİFA fondundan yardım alacaq

07.04.2022 17:04 Oxundu 468
 
2020-ci ilin iyul-dekabr aylarında 140 futbolçu Beynəlxalq Futbol Federasiyasının (FİFA) xüsusi fondundan ödəniş almaq üçün müraciət edib. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
2020-ci ilin iyulundan dekabr ayına qədər olan dövr üçün ödənişlər üçün 39 klub və 22 FİFA üzvü assosiasiyadan 140 futbolçunun müraciəti təsdiqlənib. Müraciətlərin 58-i yunanlardan, 17-si serblərdən, 13-ü rusiyalılardan, 10-u portuqallardan, 7-i Qazaxıstan futbolçularından, 6-sı Maldiv adaları təmsilçilərindən, 4-ü Mərakeş və Albaniyadan, 3-ü - Çin və Belarus oyunçularından daxil olub. Fond 2020-ci ilin iyul-dekabr ayları arasında ödənişlər üçün 3 milyon ABŞ dolları ayırıb. Müraciətlər klubların müflisləşmə prosedurları səbəbindən fəaliyyətini dayandırması, müvafiq üzv assosiasiyalarını tərk etməsi və ya ümumiyyətlə peşəkar futbolda iştirak etməməsi nəticəsində qəbul edilib.
"FIFA Fondu bütün dünyada peşəkar futbolçular üçün mühüm müdafiə olduğunu bir daha sübut etdi. Müraciətlərin ikinci mərhələsində 15 liqadan daha 140 oyunçunun ödənilməmiş maaşlarının əhəmiyyətli hissəsi geri qaytarılacaq”, - Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) hüquq direktoru Roy Vermeer bildirib.
FİFA FIFPro ilə birlikdə 2020-ci ildə fond yaradıb ki, onun əsas məqsədi maaşlarının verilməməsi problemi ilə üzləşən futbolçulara dəstək olmaqdır. Ötən il müraciətin ilkin mərhələsində mindən çox futbolçu fonddan ödənişlər alıb.