UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Dörd oyundan üçündə heç-heçə - 1:1 hesabı qeydə alınıb. Oyunların ikisində meydan sahibləri hesabda irəli çıxıblar. Maraqıdır ki, həmin oyunların ikisində də hesaba tarazlıq 66-cı dəqiqədə gəlib.
Yalnız bir oyunda qalib müəyyən olunub – “Braqa” minimal hesabla “Reyncers”i üstələyib.
Avropa Liqası, 1/4 final
İlk oyunlar
7 aprel
"Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) - 1:1
Qollar: Davide Zappakosta, 58 (avtoqol) - Luis Muriel, 17
"Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya) - 1:1
Qollar: Ansqar Knauff, 48 - Ferran Torres, 66
Qırmızı vərəqə: Tuta, 78 ("Ayntraxt")
"Vest Hem" (İngiltərə) - "Lion" (Fransa) - 1:1
Qollar: Carrod Bouen, 52 - Tanqi Ndombele, 66
Qırmızı vərəqə: Aaron Kressuell, 45+3 ("Vest Hem")
"Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 1:0
Qol: Abel Ruis, 40
Qeyd edək ki, cavab görüşləri aprelin 14-də oynanılacaq.