08.04.2022 14:26
462
"Barselona"nın baş məşqçisi Xavi Ernandes Avropa Liqasının 1/4 final mərhələsində "Ayntraxt"la səfərdə keçirdikləri matçın (1:1) nəticəsini şərh edib.
"Çətin oyun oldu. Meydan sahiblərinin sürətli əks-hücumlarda yaxşı şansları oldu. Biz isə həmişəkindən az əlverişli imkanlar yaratdıq. Oyundan razı olduğumu deyə bilmərəm. Amma nəticədən razıyam. Müdafiə olunmalı olduq və başa düşdüm ki, püşkdə bizim bəxtimiz gətirməyib. “Ayntraxt” həqiqətən çətin rəqibdir, onun oyunçularının meydançadakı yerdəyişmələrinin öhdəsindən daha yaxşı gəlməliyik”, – Xavi UEFA-nın rəsmi saytına açıqlamasında deyib.