08.04.2022 14:38
495
“Ayntraxt”ının baş məşqçisi Oliver Qlasner Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Barselona” ilə heç-heçə (1:1) etdikləri oyundan sonar təəssüratlarını paylaşıb:
- Biz xüsusilə qırmızı vərəqədən sonra çox intizamlı oynadıq, ona görə də oyunumuzdan çox razı qala bilərəm. Qapımıza vurulan qolu isəlayiq olduğu kimi qiymətləndirməliyəm - bu, yüksək səviyyəli kombinasiya nəticəsi idi və ispanların yeganə şansı idi. Mən “Barselona”kimi bir komandanın oynamaq imkanlarını məhdudlaşdıra bildiyimizə görə çox fəxr edirəm. İndi biz Barselonada bunun davamını gətirməliyik, gücümüzü bir qədər də artırmalıyıq - bizim daha da irəli getmək şansımız var”, - deyə UEFA-nın mətbuat xidməti Qlasnerdən sitat gətirir.