08.04.2022 14:52
616
"Roma"nın baş məşqçisi Joze Mourinyo Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Bude-Qlimt"ə 2:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
- Hər iki qol standart vəziyyətdən vuruldu. Biz də standart vəziyyətlərdən çox qol vururuq, amma qol vurmaq yaxşıdır, buraxmaq isə pisdir. Düzünü desəm, məni ən çox Mançininin zədəsi narahat edir. Bu, "plastik" qazonda oynamaqdan qaynaqlanan zədədir. Futbolçularıma, stadiona, bizə dəstək olacaq azarkeşlərimizə tam inanıram. Etiraf etməliyəm ki, “Bude-Qlimt” güclü komandadır, amma mən inanıram ki, ikinci oyunda yaxşı hakimimiz və onun yaxşı köməkçiləri olacaq”, - “Football Italia” Mourinyodan sitat gətirir.