08.04.2022 15:04
472
“Vest Hem”in baş məşqçisi Devid Moyes Avropa Liqasının 1/4 final mərhələsində “Lion”la keçirdikləri ilk oyunda (1:1) müdafiəçi Aaron Kressuellin qırmızı vərəqə almasını şərh edib.
- Birincisi, Kressuellə qırmızı vərəqə göstərməzdən əvvəl oyunçumuza qarşı edilmiş kobudluğa baxılmalı idi. VAR-ın bunu nəzərə alacağına ümid edirdim. Təbii ki, hakimin hərəkətinə münasibət bildirməyəcəyəm. Digər suallara cavab verəcəm, arbitr işini müzakirə etmək fikrində deyiləm.
Biz çox yaxşı oynamadıq və gələn həftə özümüzü daha yaxşı sübut etmək imkanımız var, - Moyes BBC-dən sitat gətirir.