11.04.2022 16:40
462
Futbol üzrə Xorvatiya çempionatında 30-cu turun oyunları keçirilib. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su səfərdə “Riyeka” ilə qarşılaşıb. “Dinamo” 2:1 hesablı qələbə qzanıb.
Mahir oyunun 57-ci dəqiqədə meydana çıxıb. “Dinamo”nun bərabərlik qolunu da məhz Emreli vurub. 79-cu dəqiqədə rəqib qapısına yol tapan azərbaycanlı futbolçu Xorvatiya klubunda qol hesabı açıb. O, 88-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Bundan iki dəqiqə öncə isə komandası qələbə qolunu da vurmağa imkan tapıb.
Bu nəticədən sonra xalını 63-ə çatdıran “Dinamo” vahid liderdir.
https://youtu.be/989IboCjYcg