Böyük Britaniya hökuməti "Çelsi"nin lisenziyasına dəyişiklik edib. Dəyişikliyə əsasən, Roman Abramoviçin əsas şirkəti London klubunun bütün işçilərinə maaş, mükafat, müavinət və təqaüdlər ödəyə biləcək. Bu barədə hökümətin rəsmi saytında dərc olunmuş sənəddə deyilir.
Bundan əvvəl hökumət sanksiyaya məruz qalmış rusiyalı iş adamı Roman Abramoviçə məxsus ana şirkətə 30 milyon funt-sterlinqə qədər (təxminən 36 milyon avro) ödəməyə icazə vermişdi. Lisenziyanın 10.4-cü bəndinə əsasən isə həmin vəsaitlər dondurulmalı idi.
"Çelsi" lisenziyasının yenilənmiş versiyasına (bölmə 10.5) əsasən, əsas şirkət öz işçilərinə və ya Böyük Britaniyadakı törəmə müəssisələrinin əməkdaşlarına, həm daimi, həm də müvəqqəti işçilərə maaş, mükafat, müavinət və pensiya ödəyə biləcək.