11.04.2022 17:25
650
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının Premyer Liqanın 32-ci turu çərçivəsində "Liverpul"a qarşı keçirdikləri oyunu (2:2) şərh edib.
"Boks matçına çox bənzəyir. Bu, Premyer Liqa üçün yaxşı reklam idi. Fantastik oyun oldu, hər iki komanda qələbə qazanmaq istəyirdi. "Liverpul"u izləmək əladır. Biz çox yaxşı çıxış etdik və komandamla fəxr edirəm. Komandaların hər ikisi bilirl ki, yeddi matç qalıb.Sən qalib gəlməlisən, əks halda hər şey bitəcək”, - deyə “Sky Sport” Qvardiolanın sözlərindən sitat gətirib.