bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Yurgen Klopp: “Əllərimizi aşağı salsaydıq, sifətimizə güclü zərbə alırdıq”

11.04.2022 17:43 Oxundu 478
 
"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının Premyer Liqanın 32-ci turunda "Mançester Siti"yə qarşı keçirdikləri oyun (2:2) haqda fikirlərini bölüşüb.
“Futbolda tez-tez olur ki, oyundan sonra yerində dayanmırsan, növbəti addımı atırsan.Bu gün biz öz inkişafımız üçün daha bir addım atdıq.
Biz nəticəyə layiq idik, “Siti” də nəticəyə layiq idi. Biz əziyyət çəkdik, onlar da əziyyət çəkdilər. Bizim sürətimiz var idi, onların da sürəti var idi. Qarşılaşma iki ağır çəkili idmançının boks yarışına bənzəyirdi. Əllərimizi aşağı salsaydıq, sifətimizə güclü zərbə alırdıq. Bu, yaxşı oyun idi", - Klopp “Sky Sports”a deyib.