çərşənbə axşamı, 22 aprel 2025

DÜNYA FUTBOLU

“Real” Kevin de Bruyne ilə maraqlanır

12.04.2022 13:32 Oxundu 711

"Real Madrid" "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne ilə maraqlanır. Bu barədə Todofichajes xəbər verir.
Mənbənin sözlərinə görə, Madrid klubu hücumçular Kilian Mbappe və Erlin Haalandın transferini başa çatdıra bilməsə, Kevin de Bruyneni almağa çalışacaq. De Bruyne özü də “Kral Klubu”na keçməyə etiraz etməzdi. "Siti" isə belçikalı futbolçunu 100 milyon avro qarşılığında  buraxacağını bildirib.