12.04.2022 14:03
620
PSJ-nin müdafiəçisi Serxio Ramos 40 yaşına qədər yüksək səviyyədə oynamaq istədiyini bildirib:
- Daha 4-5 il yüksək səviyyədə oynamaq, sonra yeni təcrübə qazanmaq istərdim. Çalışacağam ki, PSJ-dəki iki ili üç ilə çevirim və bundan sonrasının nə olacağına baxarıq. Fiziki hazırlığım imkan verdikcə, fikrimi buna cəmləyəcəyəm”, - deyə Ramos “Prime Video Sport France”a müsahibəsində bildirib.