13.04.2022 15:43
444
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Çelsi”yə uduzsalar da (2:3) mərhələ keçmələrini stadionun sehri ilə əlaqələndirib.
"Matç çətin keçdi. Oyundan əvvəl bilirdik ki, belə olacaq. Və matçın gedişində hər şey daha da çətinləşdi. 0-2-yə layiq deyildik, amma "standart"dan qol buraxdıq. Militao Ederin yeri görünürdü. Komandam ilk hissədə sanki qol vurmaq barədə düşünmürdü. Və 0-2-də oyunçular psixoloji boşluğa düşdükləri üçün problemlər yaşadıq. Amma stadionun sehri oyunçulara və komandaya kömək etdi. Bunu başqa necə izah etmək olar?
Məndə heç vaxt matçın uduzulduğu fikri yaranmadı. Çətin oldu, amma Bernabeuda final fiti çalınmadan matçın bitdiyini demək olmaz. Bu sehri izah etmək çətindir. Amma o sehr kömək edir. Həmin sehr Karvaxala mərkəzi müdafiədə yaxşı oynamağa və komandaya yarımfinala çıxmaq üçün güc tapmağa kömək etdi.
Rodriqo matçların nəticəsini həll edə bilən oyunçudur. O, bunu dəfələrlə edib - PSJ-yə qarşı və bu gün. O, gənc və vacib oyunçudur. Onun daha yaxşı olmaq üçün vaxta ehtiyacı var, amma mən ondan indi də çox razıyam”, - UEFA-nın rəsmi saytı Karlo Ancelottidən sitat gətirir.