13.04.2022 15:59
469
“Vilyarreal”ın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə cavab oyununda heç-heçə edib (1:1) irəli keçdikdən sonra komandanın müdafiədə mükəmməl oynadığını bildirib.
"Vacib uğura nail olmaq üçün favoritlərə qalib gəlmək lazımdır. 1/8 finalda "Yuventus" üzərində qələbə bizə inam verdi. Yarımfinalda da şans qazanmaq üçün imkanlar yaratmağa çalışacağıq. "Liverpul" da, “Benfika” da əla komandadır. Bizi maraqlı qarşılaşma gözləyir.
Mən çox şadam - mühüm məqsədlərə nail oluruq. Böyük matç idi, amma bu gün necə mübarizə aparacağımızı artıq ilk oyun göstərmişdik. Sadəcə, müdafiədə mükəmməl oynadıq”, - UEFA rəsmi saytı məşqçidən sitat gətirir.