13.04.2022 16:06
453
"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Vilyarreal"la heç-heçə edib, turnirdən kənarlaşdırıldıqdan sonra komandanın yaxşı mübarizə apardığını bildirib.
"İlk matç vacib idi. Biz qarşılaşmanı birinci oyunda uduzduq. Səfərdə pis oyun keçirdik. Bu gün çox yaxşı oynadıq. Son aylardakı ən yaxşı matçlarımızdan biri oldu.
Birinci hissədə Camal çox gözəl qol imkanını əldən verdi.. İkinci hissədə Müller hesabı 2:0-a çatdırmalı idi. Bəxtimiz gətirmədi. “Vilyarreal” müdafiədə çox intizamlı oynadı. Və sonda da bizi əks hücumda tutdu”, - UEFA-nın rəsmi saytı məşqçidən sitat gətirir.