13.04.2022 16:28
476
"Çelsi"nin müdafiəçisi Antonio Rüdiger Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Real Madrid"i məğlub etdikləri (3:2) oyundan sonra komandanın təslim olmadığını, amma həddən artıq çox səhvlərə yol verdiyini bildirib.
"Müsbət tərəfi odur ki, biz təslim olmadıq. Bura az sayda komanda gəlib bizim qazandığımız üstünlüyə sahib ola bilər. Amma söhbət iki oyundan gedirsə, etdiyin səhvlərə görə cəza alacağını unutmamalısan. Biz təşəbbüsəyiyələndik və panikaya düşmədik. Məncə, kifayət qədər yaxşı oynadıq. İkinci hissədə də qol vurduq və əlimizdən gələni etdik", - UEFA rəsmi saytı futbolçunun sözlərini sitat gətirir.