çərşənbə axşamı, 22 aprel 2025

DÜNYA FUTBOLU

"Liverpul" ÇL-də "MY"-nin rekordunu təkrarlayıb

14.04.2022 16:29 Oxundu 613


“Liverpul” Çempionlar Liqasının 1/4 finalında Portuqaliya “Benfika”sı üzərində iki oyunun nəticəsinə əsasən qazandığı qələbədən (3:1, 3:3) sonra klub tarixində 12-ci dəfə turnirin yarımfinalına yüksəlib. Bu, "Mançester Yunayted"in rekordunun təkrarıdır, lakin gələn mövsüm bu komandalardan biri Premyer Liqa klubları arasında vahid lider ola bilər.

Avropanın bütün klubları arasında rekordçu 31 dəfə yarımfinal mərhələsinə yüksələn “Real Madrid”dir.