15.04.2022 13:50
455
Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib.
"Cempion.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "ASK Arena"da keçirilmiş Azərbaycan U-17 – “Şamaxı” U-19 qarşılaşmasının baş hakimi Fərid Hacıyev olub.
Video Köməkçi Hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetirib.
Qeyd edək ki, FIFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.