15.04.2022 14:12
453
Frankfurt “Ayntraxt”ının baş məşqçisi Oliver Qlasner Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Barselona” üzərində qazanılan qələbəni (3:2) şərh edib.
- Bu gün uşaqlarım inanılmaz oynadılar. Təbii ki, sonda heç də lazım olmayan intriqanı özümüz canlandırdıq. “Ayntraxt”ın futbolçularına və azarkeşlərinə minnətdarlığımı bildirirəm. Burada olan hər kəs bu heyrətamiz axşamı unutmayacaq. Futbolun gətirdiyi bu emosional anları dünyada heç bir pula almaq mümkün deyil. Məsələn, götürək bir neçə həftədir oynamayan Tureni. O bu gün heyrətamiz oyun sərgilədi. Buna komanda ruhu deyilir”, - deyə UEFA-nın mətbuat xidməti Qlasnerdən sitat gətirir.