15.04.2022 14:21
459
“Roma”nın baş məşqçisi Joze Mourinyo Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Boude-Qlimt” üzərində qazanılan böyükhesablı qələbəni (4:0) şərh edib.
- İndi Avropada İtaliyanın bayrağını biz daşıyırıq. Biz avrokuboklarda mübarizəni davam etdirən yeganə İtaliya klubuyuq. Biz rəqibdən güclü olduğumuzu göstərdik. Yalnız dördüncü cəhddə onlara qalib gəlmək yolverilməzdir. Amma əsas odur ki, nəticədə 1:2 hesabı 5:2-yə çevrildi. Əvvəldən əla oynadıq. Artıq vurulan ilk qollardan sonra rəqibimiz işin bitdiyini başa düşdü, - UEFA-nın mətbuat xidməti Mourinyodan sitat gətirir.