15.04.2022 14:43
515
Macarıstanın "Ferensvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov Rusiya millisinin dünya çempionatının pley-off mərhələsindən kənarlaşdırılmasına münasibətindən danışıb. Bu barədə "Championship.com" xəbər verir.
“Mən vəziyyətə təsir edə bilmərəm. Əlbəttə ki, bu, çox xoşagəlməz bir məqamdır, amma bunu təbii qəbul etmək lazımdır. Hüquqi məsələlərlə məşğul olan insanlar var, onlar buna cavabdehdirlər”, - Çerçesov bildirib.
Xatırladaq ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu qurumların bayraqları altında keçirilən bütün yarışlardan kənarlaşdırıb.