bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Joan Laporta: "Azarkeşlərimizə qarşı bu qədər hörmətsizlik olmaz"

15.04.2022 15:14 Oxundu 460

"Barselona"nın prezidenti Joan Laporta Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Kamp Nou" stadionuna çoxlu sayda "Ayntraxt" azarkeşinin gəlməsi ilə bağlı narazılığını bildirib.
Daha əvvəl arenada Almaniya komandasının 30 minə yaxın azarkeşinin olduğu bildirilirdi. Buna etiraz olaraq bizim azarkeşlərimiz fasilədə yerlərini tərk edərək ikinci hissənin ortalarına qayıtdılar.
Bu, təkrarlanmamalı olan biabırçılıqdır. Azarkeşlərimizə qarşı bu qədər hörmətsizlik olmaz. Baş verənlərlə bağlı məlumatımız var. Bu, hədsiz və utancvericidir. Bundan sonra daha sərt olmalıyıq. Alınan məlumatları analiz etdikdən sonra tədbir görəcəyik. “Barselona” azarkeşi kimi gördüklərimdən utanıram. Digər komandanın çoxlu azarkeşlərini gördüm və baş verənlərə görə çox təəssüflənirəm. Mən utandım. Bu, baş verməməli olan vəziyyətdir, - AS Laportadan sitat gətirir.