16.04.2022 03:12
439
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.
Açılış oyununda "Sumqayıt" Qəbələdə eyniadlı komandanın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 17-ci dəqiqədə Araz Abdullayev açıb. “Qəbələ” 88-ci dəqiqədə İsnik Aliminin cərimə zərbəsindən vurduğu qolla məğlubiyyətdən xilas olub.
Günün ikinci oyununda “Qarabağ” “Şamaxı”nı qəbul edib. Meydan sahibləri 8:0 hesabı ilə qalib gəliblər. Topları İbrahim Vaci (3), Ozobiç (2), Veşoviç, Kadi və Musa Qurbanov vurub.