16.04.2022 03:15
602
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti oyununu keçirib.
Emreli Xorvatiya çempionatının XXXI turunda "İstra" ilə ev matçının start heyətində meydana çıxıb.
Hücumçumuz 50-ci dəqiqədə komandasının sonuncu qoluna imza atıb. O, 72-ci dəqiqədə Bruno Petkoviçlə əvəzlənib.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Digər iki qolu 8-ci və 45+1-ci dəqiqələrdə Mislav Orşiç vurub.
Beləliklə, "Dinamo" bu qələbədən sonra xallarını 66-ya çatdıraraq zirvədəki yerini möhkəmləndirib. 26 xalı olan "İstra" isə 9-cu sırada qərarlaşıb.