16.04.2022 14:37
552
PSJ-nin keçmiş yarımmüdafiəçisi Jerom Roten hesab edir ki, parislilər heyətə köklü şəkildə yenidən baxmalıdırlar.
- İdman direktoru olsaydım, radikal qərarlar verərdim. Fərqli düşüncə tərzi tələb olunur. Bu o deməkdir ki, siz onlarla oyunçunu dəyişməli olacaqsınız. Bu çox şeydir, amma klubdakı hazırkı pulla, məncə, bəzilərinə “yaxşı, gedə bilərsən” demək təhlükəsizdir. Mbappenin müqaviləsini uzada bilsəniz, bu, əla olar. Onun yanında mən Neymara bel bağlamazdım, ondan getməsini xahiş edərdim. Mən onun qalmasını istəmirəm. Messi böyük sualdır, çünki hamını qovmaq olmaz. İkisi də yüksək maaşlıdır. Messini, düşünürəm ki, biz komandada saxlaya bilərik. Neymar və Messi arasında seçim etməli olsaq, bu Leodur. Leo Mbappeyə yaxşı portnyor ola bilər. Neymar isə buna hazır deyil, bunu onun münasibətindən də görmək olar. Birindən ayrılmalı olsan, Messini saxlayacasan. Ancaq qərarı mən verəsi olsam, ikisini də buraxardım, ESPN Rotendən sitat gətirir.