16.04.2022 14:40
512
"Şamaxı" Futbol Klubunun baş məşqçisi Sənan Qurbanovun “Qarabağ”-“Şamaxı” oyunundan sonra tutduğu vəzifədən istefa verdiyi barədə məlumat vermişdik.
Klubun rəsmi saytı bildirir ki, bu gün rəhbərlik baş məşqçinin bu qəraını müzakirə etmiş və Sənan Qurbanovun istefasını qəbul etmişdir.Klub rəhbərliyinin digər qərarı ilə əsas komandanın baş məşqçisinin vəzifəsinin icrası Rüstəm Əliyevə, ikinci komandanın baş məşqçisinin vəzifəsinin icrası isə Rail Məlikova həvalə olunmuşdur.