16.04.2022 14:59
596
Ukrayna millisi 2022-ci il dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Sloveniyada keçiriləcək təlim-məşq toplanışı üçün heyətini açıqlayıb. Toplanış aprelin 29-da başlayacaq. Ukraynalı legionerlər Avropa çempionatları başa çatdıqdan sonra yığmaya qoşulacaq. Ukrayna millisi DÇ-2022-nin yarımfinal pley-off matçını Şotlandiya yığması ilə iyunun 1-də keçirəcək.
Baş məşqçi Aleksandr Petrakov 25 futbolçuya dəvət göndərib:
Qapıçılar: Georgi Buşşan (“Dinamo” Kiyev), Andriy Pyatov, Anatoliy Trubin (hər ikisi “Şaxtyor”), Dmitri Riznik (“Vorskla” Poltava).
Müdafiəçilər: Oleksandr Karavaev, İlya Zabarnı, Oleksandr Sirota, Denis Popov (hamısı - "Dinamo” Kiyev), Nikolay Matvienko, Sergey Krıvtsov, Viktor Kornienko, Valeriy Bondar, Yefim Konoplya (hamısı - "Şaxtyor” Donetsk).
Yarımmüdafiəçilər: Taras Stepanenko, Mixail Mudrik (hər ikisi Şaxtyor Donetsk), Sergey Sydorçuk, Viktor Tsıqankov, Nikolay Şaparenko, Vitali Buyalski (hamısı - "Dinamo” Kiyev), Sergey Buletsa (“Zorya” Luqansk), Oleksandr Pixalyonok, Oleksiy Qutsulyak (hər ikisi “Dnepr-1").
Hücumçular: Artem Dovbik ("Dnepr-1"), Denis Qarmaş, Artem Besedin (hər ikisi - "Dinamo" Kiyev).