16.04.2022 15:06
508
İtaliya Futbol Federasiyasının (FIGC) mətbuat xidmətinin məlumatına görə, İtaliya idman məhkəməsi dələduzluq işi üzrə "Yuventus" və "Napoli"yə bəraət verib.
Oyunçu transferlərində mümkün saxtakarlığa görə 11 klub və 60 menecer yoxlanılıb. Nəticədə məhkəmə istintaqda olan bütün klublara, klubların məsul şəxslərinə və idarəçilərinə bəraət hökmü çıxarıb.