16.04.2022 15:14
494
"İnter"in hücumçusu Lautaro Martinez Milan klubunu tərk etməsi ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib.
"Mən işimə köklənmişəm və kənar adamların dediklərinə qulaq asmıram. Ailəmə, məni sevənlərə və "İnter"ə diqqət yetirməyə çalışıram. İtirilmiş mövqeləri bərpa etmişik və Skudetto uğrunda yarış öz əlimizdədir. Mənim haqqımda çox danışılır və bu mənim xoşuma gəlmir, çünki mən həmişə "İnter" üçün əlimdən gələni etmişəm. Ehtiyat oyunçular skamyasında olanda əsəbiləşmək təbiidir, çünki həmişə oynamaq istəyirəm",- deyə Martinez klubun mətbuat xidmətinə müsahibəsində bildirib.