bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

“Rubin”in baş direktoru: “Çıxılmaz vəziyyətə düşmüşəm”

16.04.2022 15:39 Oxundu 547
 
“Rubin”in baş direktoru Rustəm Saymanov komandadan ayrılan legionerlərin geri qayıdacağına inanmır.
- Yayda hansı dəyişiklikləri gözləmək olar? Gedən futbolçular qayıdacaqlar, yoxsa onlarla tam vidalaşırsınız?
- Onların geri qayıdacaqlarına inanmıram. UEFA onlara azad agent statusu verəcək. Bu böyük problem olacaqmı? Əlbəttə. Biz külli miqdarda pul xərcləmişik. Klubda iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün çox vaxt sərf etmişik. Və o nöqtəyə gələnə kimi çoxlu pul xərcləmişik, yaxşı komanda formalaşdırmaq üçün vəsait almşıq. İndi görüyümüz işlərin bəhrəsini götürməyə yaxınlaşdığımız bir vaxtda oyunçularımız əlimizdən çıxdı. Mənim üçün bu, fəlakətdir. Futbolçuların bəzilərini satmaq, bəzi kreditləri bağlamaq istəyirdim. İndi mən nə edəcəyəm? Bu vəziyyətdə mənə kim dəstək olacaq? Çıxılmaz vəziyyətə düşmüşəm, - “Bukmeykerlərin reytinqi” Saymanovun sözlərindən sitat gətirir.