16.04.2022 22:34
489
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçirilib.
Günün ilk matçında "Zirə" "Səbail"i qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
32-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 28 yaşlı fransalı yarımmüdafiəçi iki dəqiqə sonra penaltini dəiq yerinə yetirməklə özünün və komandasının ikinci qoluna imza atıb. 90+4-cü dəqiqədə Nikolas Raysel penaltidən təsəlli qolunu vurub.
Xallarının sayını 39-a çatdıran "Zirə" 3-cü pillədə yerini bir qədər də möhkəmlədib. "Səbail" isə 14 xalla sonuncu - 8-ci yerdədir.