16.04.2022 22:38
464
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Günün ikinci matçında "Neftçi" "Sabah"ı qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Bəxtiyar Həsənalızadə 5-ci dəqiqədə avtoqol müəllifi olub.
Qələbə sayəsində xallarının sayını 44-ə çatdıran "Neftçi" ikinci, 32 xalı olan "Sabah" isə 5-ci pillədə qərarlaşıb.