bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

Aftandil Hacıyev: “Xal qazanmasaq da, gənclər üçün belə oyunlar qiymətsizdir”

16.04.2022 22:46 Oxundu 446


"Səbail"in baş məşqçisi Aftandil Hacıyev "Zirə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Çox maraqlı oyuna şahidlik etdik. Hər iki komandanın iştirakı ilə çoxlu hücumlar oldu. Son dəqiqələr həyacanlı alındı. İki yaxşı qol epizodumuz var idi. Onlar qol olsa idi, oyunun məcrası dəyişərdi. Rəqibin fərdi ustalığı yüksək olan Hamidu Keyta kimi oyunçusu yaxşı epizodlara girib, qollar vurdu. İkinci hissədə üstün oynadıq. Amma rəqibin də sürətli futbolçuları var. Qolumuz çox gec gəldi. 70-ci dəqiqələrdə olsaydı, oyunun taleyi dəyişə bilərdi, xal qazanmağımız mümkün olardı. Bu gün futbolçularımdan razı qaldım. Topla daha səliqəli oynamalıydıq. Gənc oyunçularımızda ustalıq çatışmır. Rəqiblə bu fərq sezilirdi. Xal qazanmasaq da, gənclər üçün belə oyunlar qiymətsizdir. Çempionatın sonuna 5 tur qalır. Bu oyunumuzun davamını gətirib, xallar qazanmaq istəyirik. Mövqeyimiz bizi qane etmir. Oyunumuzdan isə razıyıq. Amma nəticə də istəyirik. “Zirə” vacib qələbə qazandı. Rəqibi təbrik edir, Rəşad Sadıqova uğurlar arzulayıram".