16.04.2022 23:09
473
"Neftçi"nin baş məşqçisi Samir Abasov "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat keçirilən konfransında qələbəni şərh edib.
"Qələbənin yaxşısı və ya pisi olmur. Necə lazım idisə, o cür də oynadıq. Baxmayaraq ki, kifayət qədər itkilərimiz var idi. Bu cür rəqibə qarşı iki əsas müdafiəçisiz meydana çıxmışdıq. Matçın gedişində də müdafiəçilərdən birinə nəsə olsaydı, ondan sonra nələr baş verərdi, bilmirəm. Müdafiədən oynamalısansa, deməli, canını ortaya qoymalısan ki, rəqibə şans verməyəsən. Komandamız da bunu yetərincə yaxşı bacardı. Düşünürəm ki, layiqli qələbə qazandıq. Artıq ölkə kubokuna hazırlaşacağıq".