17.04.2022 13:42
467
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın İngiltərə Kubokunun yarımfinalında "Liverpul"a 2:3 hesabı ilə uduzmasından sonra fikirlərini bildirib.
"Biz əlimizdən gələni etdik. "Liverpul"u təbrik edirəm. Rəqib bizdən daha yaxşı idi, bizim çox problemimiz var idi. Artıq final bizsiz olacaq. İndi istirahət üçün vaxt qazanmışıq. Qarşıda Çempionlar Liqası da daxil olmaqla yeddi oyunumuz var. Qələbə qazanmaq üçün çalışmalıyıq",-Qvardiola “Sky Sports”a deyib.