17.04.2022 13:49
493
"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının İngiltərə kubokunun yarımfinalında "Mançester Siti" üzərində qələbəsini (3:2) şərh edib.
"Bu, "Liverpul"un oynadığı ən yaxşı ilk hissə idi. İlk qırx beş dəqiqənin hər saniyəsini çox sevdim. Açıqcası matç Qrealişin qolundan sonra partladı, biz "Siti"nin bütün keyfiyyətlərini gördük. Biz çox xoşbəxtik, çünki “Siti”yə qalib gəlməyin nə qədər çətin olduğunu bilirik. Biz indi göyün yeddinci qatındayıq - dünyanın ən güclü komandasını məğlub etmişik", - “Sky Sports” Kloppun sözlərini sitat gətirir.