17.04.2022 14:06
521
"Liverpul"un müdafiəçisi Vircil van Diyk İngiltərə kubokunun yarımfinalında "Mançester Siti" üzərində qazanılan qələbəni (3:2) şərh edib.
- Sonda özümüzü çox çətin vəziyyətə saldıq. Qarşılaşmanı daha tez başa vurmaq şansımız var idi. “Mançester Siti”nin ikinci hissənin əvvəlində vurduğu ilk qol onlara güc verdi, amma sonda “Liverpul” finala yüksəlməyin xoşbəxtliyini yaşadı. Qələbə üçün qol vurmalısınız və biz mükəmməl keçən birinci hissədə bunu etdik. Ancaq İngiltərənin hazırkı çempionlarına qarşı oynamaq heç vaxt asan deyil. Elə vaxtlar olur ki, əziyyət çəkməli olursan. Gərgin matç oldu və biz intriqanı öldürməli olduq. Biz finala yüksəlmişik, lakin hələ heç nə qazanmamışıq. Bununla belə, bu, biz oyunçular üçün böyük addımdır. İngiltərə Kuboku qazanmadığımız yeganə kubokdur. Bunu əldə etməyə çalışağıq, - BBC van Diykdən sitat gətirir.