18.04.2022 13:56
502
“Ajaks” (Amsterdam) baş məşqçisi Erik ten Haq ilə müqaviləni yeniləyə bilmir. Bu da mütəxəssisin bu yay “Mançester Yunayted”ə keçidini dolayısı ilə təsdiqləmək anlamına gəlir.
Bu barədə ESPN məlumatına verib.
Amsterdam klubunun direktoru Cerri Hamstra, klubun bütün imkanları işə saldığını, ten Haqı saxlamaq üçün mümkün olan hər şeyi etdiyini, xüsusən də maaş artımı ilə uzunmüddətli müqavilə təklif etdiyini, lakin bütün bunların bir nəticə vermədiyini söyləyib. Eyni zamanda, direktor bildirib ki, artıq ikinci ssenariyə hazırlaşırlar, həmin ssenariyə görə də onlara yeni baş məşqçi lazım olacaq.