bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Koutinyo İngiltərədə qalmaq istəyir

18.04.2022 14:07 Oxundu 431

Braziliyalı vinger Filip Koutinyo gələcək taleyini  müzakirə etmək istəyir. Xatırladaq ki, futbolçunun ransfer hüquqları “Barselona”ya məxsusdur, lakin hazırda o, Birmingemin “Aston Villa” komandasında icarədədir. 29 yaşlı braziliyalı İspaniyaya qayıtmaq istəmir, daimi olaraq Premyer Liqanın hansısa klubuna keçmək niyyəindədir.
Bu barədə “The Daily Mirror” məlumat verir.
Hazırda bunun üçün ən uyğun komanda “Aston Villa”dır. Lakin sual açıq qalır: “Aston Villa”nın futbolçu üçün tələb olunan məbləğdə təzminatı ödəyə biləcəkmi?
Qeyd edək ki,  futbolçunun Kataloniya klubu ilə müqaviləsi növbəti mövsümün sonunda bitəcək.