18.04.2022 17:46
521
Rusiyalı FİFA referiləri döş cibinə yapışdırılmalı olan emblemin 2022-ci il modelinin alıblar. “RB Sport” xəbər verir ki, Sergey Karasev və Vitali Meşkov Rusiya Premyer Liqasının 2021/2022-ci il mövsümünün 25-ci turunun oyunlarını artıq yeni emblemlərlə idarə ediblər.
Bir qədər əvvəl yeni emblemlərin gömrükdə yaranan problemlərə görə Rusiyaya çatdırılmasının mümkün olmadığı bildirilirdi.
Göründüyü kimi, FİFA emblemləri RFİ-yə, sonra isə hakimlərə təhvil verilib. Sergey Karasev “Krılya Sovetov” – “Krasnodar”, Vitali Meşkov isə “Zenit” – “Ural” oyununu FİFA 2022 emblemi ilə idarə edib. Ancaq Sergey İvanov "Dinamo" - "Axmat" matçına 2021-ci il FIFA emblem ilə çıxıb.