20.04.2022 14:32
553
Futbol üzrə üçqat dünya çempionu Pele xəstəxanaya yerləşdirilib. Belə ki, 81 yaşlı braziliyalı əvvəllər kimyaterapiya seanslarından keçdiyi San-Pauludakı Albert Eynşteyn klinikasındadır. Bildirilir ki, Pele həkimlərin nəzarəti altındadır və onun həyatına heç bir təhlükə yoxdur. Sabiq futbolçu reanimasiyada deyil.
Globo portalının məlumatına görə, Pelenin vəziyyəti stabilləşib. Xatırladaq ki, əfsanavi futbolçunu yoğun bağırsağın şişinin müalicəsi ilə bağlı ikinci müayinəyə ehtiyac var idi.
Həkimlərin sözlərinə görə, hazırda Pelenin klinik vəziyyəti stabildir və yaxın bir neçə gün ərzində tibb müəssisəsindən çıxarış aparılmalıdır.