20.04.2022 14:56
448
“Liverpul”un ilk dövrədə “Mançester Yunayted”i 5:0 hesabı ilə məğlub etməsi təsadüfi deyildi. İstədikləri halda öz sahələrində bunu edə bilərdilər. Amma Kloppun komandası daha praqmatik oynamaq qərarına gələrək yenə də rəqibin qapısından dörd cavabsız qol keçiridi. İlk hissədə “qırmızı-qaralar” rəqib qapısına iki dəfə zərbə endirib, bundan sonra temi aşağı saldılar. Bu, ən təhlükəsiz taktika idi. Ronaldosuz oynayan mankunianlılar hücumda qətiyyən heç nə edə bilmədilər, hətta Ranqnikin əvəzetmələrlə oyuna təsir etmək cəhdləri belə uğur gətirmədi. İkinci hissənin ekvatorunda “şeytanlar” Alissonun qpısı qarşısında ilk və yeganə qol şansını yaratdılar. Braziliyalı qapıçı Reşfordla təkbətək mübarizədən qalıb ayrılıb Elanqanın təkrar zərbəsini də dəf etdi. Yan xətt hakimi daha sonra ofsayd olmasa da, nədənsə bayrağı qaldırdı. “Liverpul” bu hücuma anında reaksiya verdi. Meydan sahibləri dərhal əks-hücum keçib darmadağının təməlini qoydular. İlk hissədə Diaz və Salahın qol vurmasına kömək edən Mane indi özü qol vurdu. Bundan sonra, liverpullular oyunu öz istədikləri məcrada davam etdirməyə başladılar. Bununla belə, "MU" sonda dördüncü qolu da qapısında gördü. Maquayre topu öz yarısında Jotaya “hədiyyə” etdi və o da Salahı zərbə mövqeyinə çıxardı. Salah bu fürsəti əldən vermədi- 4:0 . "Liverpul" ən qatı “düşmənin” öhdəsindən rahatlıqla gəldi və ən azı bir müddətlik Premyer Liqanın lider oldu.