Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Açılış matçı Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında olacaq. Saat 17:30-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.
Digər görüşdə "Neftçi" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək. Saat 20:00-da Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.
Azərbaycan Kuboku, yarımfinal
İlk oyunlar
20 aprel (çərşənbə)
17:30. "Qəbələ" – "Qarabağ"
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.
20:00. "Zirə" – "Neftçi"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, cavab oyunları aprelin 29-da gerçəkləşəcək.