20.04.2022 15:37
560
Sankt-Peterburqda keçiriləcək Çempionlar Liqasının finalının təşkilat komitəsinin rəhbəri Aleksey Sorokin bildirib ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Cempionlar Liqasının final oyunun yerinin dəyişdiriləsinə görə Rusiyaya təzminat ödəməlidir.
"Biz təşkilat komitəsi olaraq ya podratçılarımızın çəkdiyi bütün xərcləri ya ödəyirik, ya da artıq onları ödəmişik. UEFA bizim üçün çox da xoş olmayan qərarın qəbul olunduğu günə qədər çəkilmiş faktiki xərcləri kompensasiya etməlidir. Şübhəmiz yoxdur ki, kompensasiya ödənəcək, amma bu elə də asan proses deyil, indi bu haqda danışmaq çətindir. Ödənişlər üçün son tarix yoxdur, hər şey imzalanmış sənədlərə uyğun olacaq. Soruşsanız ki, ödəniç hansı vaxt çərçivəsi olacaq, deyərdim ki, ən yaxın”, - deyə Sorokin “RİA Novosti”yə bildirib.
Xatəradaq ki, fevralda UEFA Ukraynadakı vəziyyət fonunda Çempionlar Liqasının finalını Sankt-Peterburqdan Stade de Frans (Fransa) stadionuna keçirmək qərarına gəlib. Əvvəlcə Sankt-Peterburq 2020/21 mövsümündə finala ev sahibliyi etməli idi, lakin pandemiya səbəbindən tarixlər dəyişdirildi.