20.04.2022 15:58
635
Rusiya Futbol İttifaqının (RFİ) inkişaf üzrə direktoru Maksim Mitrofanov bildirib ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) 2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsinə görə Rusiyaya ödəməli olduqları ödənişləri dayandırıb.
"FIFA-dan biz 100 milyon dollar almalıyıq. RFİ artıq ümumi məbləğin 30 faizini alıb. İndi FİFA-nın mövqeyi ondan ibarətdir ki, ödənişlər dayandırılıb, lakin ləğv edilməyib", - “RİA Novosti” Mitrofanovun sözlərini sitat gətirib.
Rusiya Futbol İttifaqının (RFİ) fəxri prezidenti Vyaçeslav Koloskov isə FİFA-nın 2018-ci il dünya çempionatı üçün Rusiyaya ödənişləri dayandırması ilə bağlı xəbərə münasibət bildirib.
"FIFA 2018 Dünya Çempionatı üçün ödənişləri dayandırıb? Bu, günün gündüz vaxtında edilən quldurluqdur, FİFA quldurluq edir!",- Koloskov “SE”yə bildirib.