"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında oyun haqqında fikirlərini bölüşüb:
"Bizi ağır oyunun gözlədiyini bilirdik. Rəqib çempionatımızın favoritidir. Komandam meydanda əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Baxımlı, dinamik və maraqlı oyun alındı. Qapıçı Kristof Atanqananın pis təsir bağışlamadı. Sonuncu qoldakı epizoda gəlincə, ötən tur "Sumqayıt"la oyunda bizim lehimizə penalti verilməli idi. O, daha çox 11 metrlik penaltiyə oxşayırdı, nəinki bu. Məncə, matçın qırılma nöqtəsi sonuncu dəqiqələrdə verilən qərar idi. Düşünürəm ki, orada penalti yox idi. Hakimlər bizə bir az fərqli yanaşırlar. Bizim qapımıza dərhal penalti verirlər. Bizə qarşı olan epizodlara isə başqa cür yanaşırlar. Turnirdən qopmayacağıq. Mən bu komandaya inanıram. Heyəti yığanda hamı fikirləşirdi ki, 7 və ya 8-ci yeri tutacağıq. Amma komandamız sağlamdır, heyətdəki futbolçular daha yaxşı nəticəyə qadirdirlər".